Olke.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Ölkə.az xəbər verir ki, bunu Milli Məclisin gənclər və idman komitəsinin üzvü Mircəlil Qasımlı komitənin sentyabrın 22-də keçirilən iclasında deyib.
O bildirib ki, bu, ciddi problemə çevrilib:
“Çünki bəzi dırnaqarası müəllimlər yaxşı nəticə əldə eləməkdən ötrü məlumatı olmayan, zallara müraciət eləyən gənclərimizdən istifadə eləyərək, onları steroidlərə təşviq edirlər”, - deputat söyləyib.
Mircəlil Qasımlı vurğulayıb ki, nəticə əldə etmək üçün steroiddən istifadə olunursa, bu dopinq vasitəsi deməkdir: "Bunun gələcək nəticələri necə olacaq? Həqiqətən faciəvidir. Ona görə də bu məsələnin üzərində durulması çox vacibdir. Qarşıdakı bütün sessiyalarda biz bunu çox ciddi şəkildə müzakirə etməliyik ".
Milli Məclisin Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev isə deputatın fikirlərinə münasibət bildirib:
"Dopinqlə mübarizə doğrudan da ciddi məsələdir. Biz bu barədə müvafiq qurumun mütəxəssisləri ilə onlayn görüş təşkil etmişik. Qısa müddətdə bu sahədə hazırlanan bir sıra dəyişiklikləri komitəyə təqdim edəcəyik".