Bəzi ərazilər Ukraynaya qaytarılacaq? | Icma.az
Azpost saytına istinadən Icma.az xəbər verir. Bəzi ərazilər Ukraynaya qaytarılacaq?
Kreml bəzi ərazilərin Ukraynaya qaytarılmasının mümkünlüyünə münasibət bildirib.
AzPost bildirir ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov hadisələri qabaqlamamağı məsləhət görüb.
Onun sözlərinə görə, dünənki telefon danışığında (Putin-Tramp arasında -red) hər iki tərəfdə nizamlanma axtarışından ötrü dialoq aparmaq üçün siyasi iradə olub.
“Razılıq var ki, bu nizamlanma dinc danışıqlar yolu ilə mümkündür. Sonra nəticələri gözləmək lazımdır.
Ən azından birgə işin ilk nəticələrini…”, deyə Kremlin sözçüsü vurğulayıb.
Dünən Rusiya Prezidenti Vladimir Putin ABŞ prezidenti Donald Trampla telefonda danışıb.
AzPost bildirir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov bildirib. Onun sözlərinə görə, söhbət təxminən bir saat yarım davam edib.
Tam oxu
Xəbəri oxu