Bəzi ərazilər zülmətə qərq olacaq

23.07.2025

Icma.az, Sia Az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Xaçmazda təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq. SİA xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Bildirilib ki, Xaçmaz Regional Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) Xudat Elektrik Şəbəkəsinin xidməti ərazisində 35/10 kV-luq "Seyidli" yarımstansiyasında profilaktik təmir və ölçü sınaq işlərinin aparılması məqsədi ilə Xaçmaz rayonu Nabran, Seyidli, Meşəli, Müqtədir, Aşağıoba, Sahillər və Dalğalı kəndlərində bu gün 11:00-dan 16:00-dək elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Təmir işləri başa çatdıqdan sonra həmin yaşayış məntəqələri daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью