Bəzi ərazilərdə 10 dərəcəyədək şaxta düşüb FAKTİKİ HAVA AzPolitika onlayn siyasiictimai qəzet

03.01.2025

Azpolitika.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycanda müşahidə edilən faktiki hava şəraiti açıqlanıb.

Bu barədə Milli Hidrometeorologiya Xidmətinin məlumatına istinadən xəbər verir.

Bildirilib ki, yanvarın 3-ü saat 9:00-a olan məlumata əsasən, ölkə ərazisində hava şəraiti, əsasən, yağmursuz keçib, qərb küləyi arabir Qobustanda 16 m/s-yə çatıb.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 5-8 dərəcə isti, Aran rayonlarında 1 dərəcə şaxtadan 5 dərəcəyədək isti, Naxçıvan MR-də və dağlıq rayonlarda 10 dərəcəyədək şaxta qeydə alınıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью