Bəzi ərazilərdə leysan xarakterli yağış yağacaq, çaylarda sululuq artacaq XƏBƏRDARLIQ AZƏRTAC

28.11.2024

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 28 noyabr, AZƏRTAC

Azərbaycanın rayonlarında noyabrın 29-u günün birinci yarısında Quba-Qusar zonasında, 30-da isə Lənkəran-Astara zonasının bəzi yerlərində arabir yağıntılı olacağı gözlənilir.

AZƏRTAC xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, yağıntının ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dağlıq rayonlarda qar yağacağı ehtimalı var. Çaylarda sululuğun artacağı, xüsusilə də Lənkəran-Astara bölgəsinin bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью