Bəzi ərazilərdə qaz olmayacaq

24.09.2025

Bakivaxti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bu gün Bakının Sabunçu rayonunun bəzi ərazilərində təbii qazın verilişində fasilə yaranacaq.

Bu barədə Bakıvaxtı.az Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinə istinadla xəbər verir.

Məlumata görə, qeyri-yaşayış sahəsinə məxsus qaz xəttinin "Hacı Seyfəl" orta təzyiqli qaz kəmərinə qoşulması ilə bağlı sentyabrın 24-də saat 10:00-dan işlər başa çatanadək adı çəkilən qaz kəmərində qaz təchizatı dayandırılacaq.

Qaz təchizatı dayandırılan müddətdə Sabunçu rayonunun Maştağa qəsəbəsinin bir hissəsinə, Ləhic bağları və Maştağa-Nardaran massivi adlanan ərazilərə təbii qazın verilişində fasilə yaranacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью