Bəzi ərazilərdə QAZ OLMAYACAQ

12.12.2024

Bizim media saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Qaradağ-Sumqayıt" magistral qaz kəmərində aşkar olunmuş qaz sızmalarının ləğvi məqsədilə 12.12.2024-cü il saat 10:00-dan "Müşfiqabad", "Ceyranbatan" və "Pirəkəşkül" QPS-lərdən qaz təchizatının dayandırılması planlaşdırılır.
Bizim.Media xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.
Bildirilib ki, təmir-bərpa işləri aparılan müddətdə Abşeron rayonu üzrə Aşağı-Güzdək, Daş Güzdək, Atyalı, Hökməli, Nübar, Müşfiqabad Qaçqınlar şəhərciyinin və 12 sənaye müəssisəsinin, Abşeron rayonu üzrə Ceyranbatan və Saray qəsəbələrinin, Çaylı-Qobustan yaşayış massivinin və 3 sənaye müəssisəsinin, Qaradağ rayonu üzrə isə Müşfiqabad qəsəbəsinin, Binəqədi rayonu üzrə 28 May qəsəbəsinin və 12 sənaye müəssisənin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью