Bəzi ərazilərdə qaz olmayacaq Sakinlərin NƏZƏRİNƏ

05.06.2026

Icma.az, Avtosfer saytına istinadən bildirir.

Ağcabədidə bəzi ərazilərin qaz təchizatında müvəqqəti fasilə yaranacaq. Avtosfer.az xəbər verir ki, bu barədə Tərtər Regional Qaz İstismarı İdarəsi məlumat yayıb. Bildirilib ki, aparılacaq təmir-quraşdırma işləri ilə əlaqədar olaraq iyunun 9-da saat 10:00-dan işlər yekunlaşanadək Ağcabədi şəhərinin Heydər Əliyev prospekti, Həzi Aslanov, Eynulla İsmayılov, Xəlil Səfərəliyev, Vaqif və Vidadi küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью