Bəzi ərazilərdə qaz verilişi müvəqqəti dayandırılacaq

22.04.2025

Icma.az, Avtosfer saytına istinadən bildirir.

Sabunçu rayonu, Bakıxanov qəsəbəsində və Sumqayıt şəhərində görüləcək təmir işləri ilə əlaqədar sabah saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

Bu barədə Avtosfer.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, təmir-bərpa işləri aparılan müddətdə Sabunçu rayonu üzrə S.Cabbarov, H. Cavid, İnşaatçılar, T. Mustafayev, Hacinski,  Anapli, Dostayevski, M.Maqamayev, Arasli, Q.Qarayev, N. İsmayılov, Ş.Kamilov, A. Pəri, Novruz, Axundzadə, Bakıxanov küçələrinin, Sumqayıt şəhəri üzrə isə 76-cı məhəllənin, Ceyranbatan qəsəbəsinin bir hissəsinin, MTN və Metallurq bağları ərazilərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью