Bəzi ərazilərdə su kəsiləcək

08.06.2026

Qafqazinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Sumqayıtın bəzi ərazilərində su təchizatında fasilələr yaranacaq.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Sumqayıt Sukanal İdarəsi məlumat yayıb.

“Sumqayıt şəhərinin bəzi ərazilərini içməli su ilə təmin edən magistral kəmərdə aparılan təmir-tikinti işləri ilə əlaqədar 08.06.2026-ci il tarixində səhər saat 09:00-dan axşam saatlarınadək Kotec qəsəbəsi, Kimyaçılar qəsəbəsi, Səməd Vurğun küçəsi, 26-cı məhəllə, Xəzər bağları, Bulvar-Mida Bulvar ərazisində suyun verilməsində müvəqqəti fasilə yaranacaq. Anlayışla qarşıladıqlarına görə abonentlərə minnətdarlığımızı bildiririk”, - deyə məlumatda qeyd edilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью