Bəzi ərazilərə qazın verilişi dayandırılacaq

03.09.2026

Icma.az, Milli.az portalına istinadən məlumat yayır.

Bu gün Bakının Binəqədi rayonunun iki qəsəbəsində qaz təchizatı dayandırılacaq.

Milli.Az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin "Azəriqaz" İstehsalat Birliyindən bildirilib.

Məlumata görə, aşkar edilmiş qaz sızmalarının ləğv olunması ilə əlaqədar saat 10:00-dan işlər yekunlaşanadək Binəqədi rayonunun Sulutəpə və Xocahəsən qəsəbələrinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью