Icma.az bildirir, Cebheinfo saytına əsaslanaraq. Saat 15:00-a olan məlumata əsasən, ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunur.
Bu barədə "Cebheinfo.az"a Milli Hidrometeorologiya Xidmətindən bildirilib.
Bakıda və Abşeron yarımadasının bəzi yerlərində, Gəncə, Şəki, Oğuz, Qəbələ, Beyləqan, İmişli, Sabirabad, Biləsuvar, Yardımlı, Lerik, Lənkəran, Astarada arabir yağış yağır.
Gəncə, Naftalan, Şəmkir, Balakən, Şəki, Oğuz, Qəbələ, Şamaxı, Qobustan, Qusar, Xaçmaz, Sabirabad, Tərtər, Yevlax, Göyçay, Beyləqan, Astara, Ağdamda duman müşahidə olunub.
Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 9, Naxçıvan MR-da 5, Aran rayonlarında 10, dağlıq rayonlarda 1 dərəcəyədək isti qeydə alınıb.
"Cebheinfo.az" Bizi Telegramda izləyin Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.