Bəzi ərazilərin qazı kəsiləcək

04.12.2024

Cebheinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Yasamal rayonunun Tbilisi prospektinde yeraltı qaz xəttində aşkar olunmuş qaz sızmasının ləğv edilməsi məqsədilə 04.12.2024-cü il saat 23:00-dan etibarən işlər yekunlaşanadək qaz təchizatı dayandırılacaq.

Təmir-bərpa işləri aparılan müddətdə Tbilisi prospektinin bir hissəsinin, "Şakir" MTK-nın, 1-ci Alatava ərazisinin bir hissəsinin, Diaqnostika, Aztelecom, Azercell, N.Tusi klinikası ərazilərinin qaz təchizatında fasilə yaranacaq.

"Azəriqaz"dan "Cebheinfo.az"a verilən məlumata görə, həmçinin 05.12.2024-cü il saat 10:00-dan etibarən Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Mayak bağları ərazisində yeni çəkilmiş qaz xəttinin mövcud şəbəkəyə qoşulması məqsədilə qaz təchizatı dayandırılacaq. Qaz təchizatı dayandırılan müddətdə Şüvəlan qəsəbəsinin bir hissəsinin qaz təchizatında fasilə yaranacaq.

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью