Bəzi gənclərə ciddi imtiyazlar verilməsi təklif olunur

16.09.2026

Olke.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Ölkə.az xəbər verir ki, bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bu gün keçirilən iclasında deputat Qüdrət Həsənquliyev deyib.

O bildirib ki, müasir hərb sənəti ciddi riyazi hesablamalar, kompüter bilikləri deməkdir: 
“Bizim istedadlı gənclər təəssüf ki, bu sahəyə getmirlər. Bununla bağlı hətta dinləmə keçirə bilərik. Bunun yeganə yolu odur ki, onlara ciddi imtiyzalar verilsin. Sovet dövründə istedadlı uşaqlar hərbiyə ona görə gedirdilər ki, ali hərbi məktəbi bitirən kimi hara göndərilsələr, mənzillə təmin olunurdular”.

Qeyd edək ki, komitənin iclasında “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlarda dəyişiklik edilməsi barədə layihə müzakirəyə çıxarılıb. 

Mürtəza
 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью