Icma.az, Missiya.az portalına istinadən məlumat verir. Bir çox gənc insan saçların tez ağarmasından şikayətlənir.
Günümüzdə bu problem olduqca yayılıb. Saçların rəngi saç follikullarında yerləşən melanosit hüceyrələrinin istehsal etdiyi melanin adlı piqm
Yaş artdıqca sözügedən hüceyrələrin fəaliyyəti azalır və saçlar tədricən ağarır.
Həmin proses bəzən yeniyetməlik dövrlərindən də başlayır ki, buna erkən saç ağarması deyilir.Həkim-terapevt Günay Musayeva Missiya.Az-a açıqlamasında deyib ki, tez ağarmanın ən çox rast gəlinən səbəbi irsi meyillik olsa da, sözügedən vəziyyət təkcə genetika ilə izah edilmir:"Müxtəlif bioloji, endokrin və qidalanma faktorları da həmin prosesə təsir edə bilər.
Əsas tibbi səbəblər bunlardır: Vitamin və mineral çatışmazlıqları: Xüsusilə B12 vitamini, D vitamini, fol turşusu və dəmirin aşağı olması melanin sintezini zəiflədir.
Tiroid vəzin xəstəlikləri: Hipotireoz və digər tiroid pozğunluqları saçlarda rəng dəyişikliklərinə səbəb olur.
Autoimmun proseslər: Vitiligo və alopesiya areata kimi immun sistemin melanini hədəf aldığı xəstəliklər saçların erkən ağarmasına yol aça bilər.
Stress və həyat tərzi: Uzunmüddətli psixoloji gərginlik, qeyri-düzgün qidalanma, siqaret və yuxu pozuntuları hüceyrə səviyyəsində zədələnmələrlə nəticələnir.