Bəzi israilli girovların cəsədləri dağıntılar altındadır HƏMAS

07.02.2025

Icma.az bildirir, Yeniavaz saytına əsaslanaraq.


Qəzza zolağında öldürülən israilli girovlardan bəzilərinin cəsədləri dağıntılar altındadır və onların çıxarılması üçün ağır texnikaya ehtiyac var.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Qəzza hökumətinin mətbuat xidməti rəsmi “Telegram” kanalında məlumat yayıb.
“Dağıntıları təmizləmək üçün uyğun olan ağır texnika və avadanlıqların anklav ərazisinə daşınmasına qoyulan qadağa HƏMAS döyüşçülərinin İsrailin bombardmanları nəticəsində həlak olan bəzi girovların cəsədlərini binaların dağıntıları altından çıxarmasına mane olur”, - mətbuat xidməti bildirib.
Ölən girovların Qəzzanın hansı bölgələrində saxlandığı barədə məlumat verilməyib.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью