Konkret.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Azərbaycanda ali təhsil müddətinin dörd ildən üç ilə endirilməsi təklif olunur.
KONKRET.az oxuaz-a istinadən xəbər verir ki, bunu deputat Göydəniz Qəhrəmanov parlamentin bugünkü iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” Qanun layihəsinin müzakirəsi zamanı deyib.
O bildirib ki, Yasamal rayonu əhali sıxlığına, eyni zamanda tələbə axınına görə paytaxtın ən dinamik rayonlarından biridir:
“Ali təhsil müəssisələrin əksəriyyətinin metronun “Elmlər Akademiyası” stansiyasının ətrafında cəmləşməsi bu ərazidə dərs saatlarında ciddi sərnişin sıxlığına səbəb olur. Bu baxımdan ərazidə avtobus marşrutlarının artırılması və ictimai nəqliyyat şəbəkəsinin genişləndirilməsi istiqamətində müvafiq tədbirlərin görülməsinə ehtiyac var. İkinci məsələ turizmyönümlü ali təhsil müddətinin optimallaşdırılmasıdır. Ölkəmizdə turizm sektoru sürətlə genişlənir və ilbəil turistlərin artması bu sahədə ixtisaslı kadrlara tələbatı artırır. Təklif edirəm ki, turizm üzrə ali təhsil ocaqlarında təhsil müddəti 4 ildən 3 ilə endirilsin.
Bu yanaşma gənclərin əmək bazarına daha tez inteqrasiya olunmasına və xidmət sektorunun ixtisaslı kadrlarla operativ təmin edilməsinə geniş imkanlar açacaq”.