Bəzi ixtisaslarda keçid balları arta bilər DİM sədri

18.06.2025

Axar.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Ötənilki keçid balı ilə müqayisədə bu il III qrupda bəzi ixtisaslarda keçid balları 3-5 bal arta bilər.

Axar.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə Aztv-nin "Hədəf" verilişində deyib.

Onun sözlərinə görə, II ixtisas qrupunda bu vəziyyət görünmür:

"I və IV ixtisas qrupunda da düşünürük ki, ballar ötənilki səviyyədə olsun. Ümumilikdə,ərizə verənlərin sayından yox, bütün imtahan nəticələrindən sonra müqayisə edilə bilər ki, müsabiqəyə kim buraxılsın. Müsabiqəyə buraxılanlar isə yalnız 200 baldan, ya da müəyyən istiqatəmlər üzrə 150 baldan yuxarı nəticə göstərən şəxslərdir".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью