Icma.az, Redaktor.az saytına istinadən bildirir. "Beynəlxalq təcrübəyə əsaslanaraq deyə bilərik ki, ilk növbədə kassir və satış operatorları
Məsələn, ABŞ və Avropa ölkələrində self-servis kassalar, chatbot texnologiyaları, süni intellekt əsaslı proqramlar artıq bu sahələrdə insan
"Amazon", "Alibaba" kimi nəhəng şirkətlərdə isə anbarlarda robotlar çalışır".
Bu fikirləri Redaktor.az-a Milli Məclisin Elm və təhsil komitəsinin keçmiş üzvü, təhsil eksperti Sona Əliyeva gələcəkdə ləğv olunma ehtimalı olan peşə sahələrindən danışarkən bildirdi.
O vurğuladı ki, bu peşələrdə çalışan insanlar üçün alternativ yollar və yeni ixtisaslaşma imkanları yaradılmalıdır: "Peşə təhsili, rəqəmsal bacarıqlar üzrə təlimlər və ixtisasartırma proqramları genişləndirilməlidir.
Finlandiya, Almaniya, Sinqapur və Cənubi Koreya bu sahədə nümunəvi siyasət yürüdür, onlar əmək bazarındakı dəyişikliklərə uyğun olaraq insan kapitalını yenidən formalaşdırır və işçilərin texnologiya ilə ayaqlaşmasına şərait yaradır".
Sona Əliyevanın sözlərinə görə, bəzi ixtisasların əmək bazarından çıxarılması qaçılmazdır.
"Lakin bu addım sadəcə bir ləğv prosesi deyil, eyni zamanda bir transformasiya mərhələsi kimi görülməlidir.