Bəzi kibercinayətkarlar dövlət qurumlarında çalışıb İTTİHAM

02.02.2026

Modern.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bu günlərdə Baş Prokurorluq tərəfindən kibertalanma risklərinin yüksək olduğu barədə məlumat yayıldı və vətəndaşların son dərəcə ehtiyatlı olmaları tövsiyə edildi. Lakin bu ehtiyatlılığın konkret olaraq nədən ibarət olduğu, insanların hansı addımları atmalı olduğu ictimaiyyətə izah edilmir. Təəssüf ki, banklar da bu istiqamətdə hər hansı ciddi maarifləndirici addım atmırlar. Məsələn,mən özüm də  bank hesabı açarkən bildirilməyib ki, o, kibercinayətkarlığın potensial qurbanı ola bilər və belə hallarda necə davranmalıdır.


Modern.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Qüdrət Həsənquliyev deyib.
"Halbuki ən azı banklar tərəfindən bukletlər paylanıla, qısa izahlar verilə bilərdi. Çünki hər kəs mətbuatı izləyə bilmir, bu mövzuda məlumatlı olmayan kifayət qədər insan var. Digər tərəfdən, kibercinayətkarlıqla məşğul olanlar təsadüfi şəxslər deyil. Onların arasında keçmiş dövlət qurumlarının əməkdaşları, bank sektorunda çalışmış şəxslər var. Bu insanlar psixoloji manipulyasiya üsullarını, vətəndaşları necə aldatmağı çox yaxşı bilirlər.

Məndə olan məlumatlara görə, bu tip cinayətlərin bir hissəsi hətta bizə dost və kömək göstərdiyimiz ölkələr üzərindən həyata keçirilir və həmin ölkələrin xüsusi xidmət orqanlarının da prosesdə müəyyən rolu olur. Nəticədə çoxlu sayda vətəndaşımız bu cinayətlərin qurbanına çevrilir. Təəssüflər olsun ki, bəzi banklar bu məsələdə öz vəzifələrini faktiki olaraq vicdansız şəkildə yerinə yetirirlər", - deputat deyib. 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью