Bəzi marketlər qida məhsullarının satışı qaydalarını POZUR | Icma.az
Modern.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Paytaxtın bəzi supermarketlərində elə qida məhsulları satılır ki, onların üzərində istehsal yeri, son istifadə tarixi, tərkibi haqqında məlumatlar yoxdur.
Nəticədə əksər alıcılar arasında bu məhsullara qarşı şübhə və narazılıqlar artır.
Əsasən də süd məhsullarının qablaşmalarında belə hallara rast gəlinir.
Qida məsələləri üzrə ekspert Fərid Səfərov Modern.az-a bildirib ki, satışa çıxarılan hər bir ərzağın qida dəyəri yüksək, sağlam, keyfiyyətli, təzə olmalıdır.
Bunun üçün də qida istehsalı ilə məşğul olan sahibkarlar müxtəlif qaydalara əməl etməlidirlər.
Ekspertin sözlərinə görə, bu qaydalardan biri də hazır olan məhsulun üzərində bütün məlumatların olmasıdır.
Məhsulun istehsal olunduğu tarix, son istifadə müddəti, saxlama qaydası, tərkibi və s. bunlara aiddir.
Tam oxu
Xəbəri oxu