Icma.az xəbər verir, Avtosfer saytına əsaslanaraq.
Azərbaycanda bir sıra məhsullar oyuncaq sayılmayacaq.
Avtosferaz xəbər verir ki, sözügedən məsələ Baş nazir Əli Əsədovun təsdiqlədiyi "Oyuncaqların təhlükəsizliyi haqqında Texniki Reqlament"də əksini tapıb.
Qərara əsasən, aşağıdakılar oyuncaq sayılmayacaq:
- Yolka ağacı bəzəkləri, süni ağaclar və aksesuarları, elektrik çələngləri;
- 14 yaşa qədər uşaqlar üçün nəzərdə tutulmayan kolleksiya məqsədləri üçün hazırlanmış miqyaslı modellər;
- Uşaq meydançaları üçün avadanlıqlar;
- İdman avadanlıqları, o cümlədən sualtı avadanlıqlar;
- 14 yaşa qədər uşaqlar üçün nəzərdə tutulmayan folklor və dekorativ kuklalar;
- Ümumi istifadə üçün ictimai yerlərdə quraşdırılmış "peşəkar" oyuncaqlar;
- Oyun avtomatları;
- 500-dən çox parçadan ibarət pazllar;
- Pnevmatik silahlar;
- Katapultlar və atıcı qurğular;
- Metal başlıqlı atıcı mərmilər
- Oyuncaqla birlikdə təchiz olunanlar da daxil olmaqla, oyuncaq üçün şəbəkədən qidalanan transformatorlar, akkumulyatorlu batareyalar üçün şarj cihazları;
- Tərkibində qızdırıcı elementləri olan və böyüklərin nəzarəti altında tədris prosesində istifadə üçün nəzərdə tutulmuş məhsullar;
- Daxili yanma mühərrikləri olan, 14 yaşa qədər uşaqlar üçün nəzərdə tutulmuş nəqliyyat vasitələri;
- Buxar mühərrikləri olan oyuncaq avtomobillər;
- Yollarda ümumi istifadə üçün nəzərdə tutulmuş velosipedlər;
- 24 V-dan yuxarı nominal gərginliklərdə işləyən oyunlar və oyuncaqlar;
- Odlu silahların dəqiq surətləri;
- Uşaqlar üçün bijüteriya;
- Üzgüçülük cihazları (məsələn, qollara taxılan şişmə manjetlər);
- Qoruyucu ləvazimatlar (üzgüçülük eynəkləri, gün eynəkləri, velosiped və skeytbord dəbilqələri);
- Uşağın rezin qaytandan istifadə edərək atdığı uçan oyuncaqlar;
- Uzadılmamış vəziyyətdə uzunluğu 1200 millimetrdən çox olan atıcı yaylar;
- Uşaqlar üçün lateks, rezin və silikon elastomerlərdən hazırlanmış sanitar məmulatlar.
Qərar altı ay sonra qüvvəyə minəcək.