Bəzi məktəblərdə tədris 1 sentyabrda başlayacaq

21.08.2026

Cebheinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakıda bir sıra özəl təhsil müəssisələrində dərslər sentyabrın 1-də başlayacaq.

“Cebheinfo.az” xəbər verir ki, artıq bir sıra özəl liseylər yeni tədris ilinin 1-7-9 sentyabr tarixlərində başlayacağı barədə valideynləri məlumatlandırıblar.

Məhz sentyabrın 1-də tədrisə başlayan və ya müəyyən siniflər üzrə təhsil prosesinə start verən lisey və məktəblər arasında “Kaspi”, “Evrika” liseyləri, eləcə də “Azerbaijan British Colleges” və “Baku Oxford School” yer alır.

Belə ki, “Kaspi” liseyində IX–XI siniflər sentyabrın 1-dən, aşağı siniflər isə sentyabrın 15-dən dərslərə cəlb olunacaqlar.

“Evrika” liseyində bütün siniflər üzrə yeni tədris ilinin sentyabrın 1-dən başlaması nəzərdə tutulur.

“Azerbaijan British Colleges” beynəlxalq proqram əsasında fəaliyyət göstərdiyindən burada bütün qruplar üzrə dərslər sentyabrın 1-dən start götürəcək.

“Baku Oxford Schoolda” isə sentyabrın 1-dən bağça qrupları fəaliyyətə göstərəcək. Məktəb sinifləri üçün tədris 15 sentyabrda başlayacaq.

Eyni zamanda, “Baku Modern School”da dərslər 7 sentyabrda, “British School in Bakuda” isə 9 sentyabrda başlayacaq. 

Aişə
“Cebheinfo.az”

Açar sözlər: məktəblər 1 sentyabr

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью