Bəzi müəssisələri çətin günlər gözləyir RƏSMİ TƏKLİF

14.11.2026

Icma.az, Yenisabah portalına istinadən məlumat yayır.

Dövlət büdcəsinin yükünün azaldılması və maliyyə intizamının gücləndirilməsi məqsədilə bəzi dövlət müəssisələrinin ləğvi və ya özəlləşdirilməsi məsələsinə baxılması təklif olunur.

"Yeni Sabah" xəbər verir ki, sözügedən məsələ Hesablama Palatasının "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" Qanun layihəsinə verdiyi rəydə bildirilib.

Qeyd olunub ki, dividend ödənişləri etməyən dövlət müəssisələrinin, o cümlədən törəmə müəssisələrin maliyyə vəziyyətinin yaxşılaşdırılması istiqamətində zəruri tədbirlərin görülməsi məqsədəuyğundur. Bakıda online alış-veriş

Hesablama Palatası əsassız səbəbdən gəlir əldə edə bilməyən, eləcə də son illər ərzində rentabelsizliyi davam edən dövlət müəssisələrinin optimallaşdırılması, struktur yenidənqurulması, ləğvi və ya özəlləşdirilməsi məsələlərinə baxılmasını məqsədəuyğun hesab edir.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью