Bəzi nəqliyyat vasitələrinin ölkəyə girişi qadağan edildi

28.01.2026

Icma.az, Avtosfer portalına istinadən məlumat yayır.

Litva hökuməti Rusiya və Belarusdan çənlərində 200 litrdən çox yanacaq olan nəqliyyat vasitələrinin ölkəyə girişinə qadağa qoyub. Avtosfer.az Teleqraf-a istinadən xəbər verir ki, bu barədə Litva Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb. Sərhədi keçdikdən sonra çənlərdəki artıq yanacaq satış üçün boşaldılır.

Qeyd olunur ki, gün ərzində Rusiya və Belarusda qeydiyyatdan keçmiş təxminən 200 yük maşını Litvaya daxil olur. Əgər belə yük maşınlarının hər biri 500 litr dizel yanacağı ilə ölkəyə daxil olsa və onun müəyyən hissəsini "qara bazar"da satsa, bu il ərzində vergidən təxminən 2,2 milyon avronun yayınması olacaq.

Oxunub 24

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью