Bəzi ölkələrdə İnstagram platformasına giriş zamanı problemlər yaranıb

15.01.2025

Apa.az saytına istinadən Icma.az xəbər verir.

Bəzi ölkələrdə "İnstagram"da nasazlıqlar qeydə alınıb.

APA TASS-a istinadən xəbər verir ki, 8,7 mindən çox istifadəçi sözügedən sosial şəbəkəyə giriş zamanı xətalar baş verdiyi barədə məlumat yayıb.

İstifadəçilərin 65 faizi xidmətin özünün işləməsindən, 26 faizi isə serverlərə giriş problemlərindən şikayət ediblər.

Qeyd olunub ki, şikayətlərin əksəriyyəti ABŞ-dan gəlib. Braziliya, Böyük Britaniya, Kanada, Hollandiya və Fransada da problemlər olduğu bildirilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью