Bəzi problemlər ixrac potensialının tam reallaşmasına mane olur Rəy

27.08.2026

Icma.az xəbər verir, 525.az saytına əsaslanaraq.

"Logistika subsidiyası qeyri-neft ixracının stimullaşdırılması baxımından mühüm iqtisadi alətdir".

Bunu525.az-a iqtisadçı ekspert Asif İbrahimov bildirilib. Ekspert vurğulayıb ki, ixracın davamlı artımına nail olmaq üçün təkcə daşınma xərclərinin subsidiyalaşdırılması kifayət deyil. Bununla yanaşı, istehsalın rəqabət qabiliyyəti yüksəldilməli, məhsullar beynəlxalq standartlara uyğunlaşdırılmalı, yeni bazarlara çıxış imkanları genişləndirilməli və ixracın maliyyələşdirilməsi mexanizmləri gücləndirilməlidir. Hazırda Azərbaycan ixracatçılarının əsas hədəf bazarı Rusiyadır. Halbuki, ABŞ və Avropa İttifaqı kimi böyük və yüksək gəlirli bazarlara çıxış yerli məhsulların daha yüksək qiymətlə satılmasına imkan yarada bilər:

"Lakin bu istiqamətdə qanunvericilik, standartlaşdırma və sertifikatlaşdırma sahələrində ciddi maneələr mövcuddur. Azərbaycan hələ də əsasən GOST standartları ilə işləyir, halbuki inkişaf etmiş ölkələr beynəlxalq standartlar tələb edir. Bundan əlavə, ölkədə verilən sertifikatların xaricdə tanınmaması və akkreditasiya sahəsində mövcud problemlər ixrac potensialının tam reallaşmasına mane olur".

Sevinc Qarayeva 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью