Bəzi qüvvələr ölkənin konstitusiya quruluşunu devirməyə çalışırlar

06.11.2025

Icma.az xəbər verir, Missiya.az saytına əsaslanaraq.

“Gürcüstanda bir sıra müxalifət partiyalarının fəaliyyətinə qadağa qoyulması ölkə demokratiyasını qorumaq üçün lazımdır”.

Missiya.Az xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze Çində gürcü jurnalistlərə müsahibəsində deyib.

"Biz Konstitusiya Məhkəməsində sona qədər milli maraqlarımızı müdafiə edəcəyik. Belə bir addımın atılması ölkədə demokratik sistemin bərpası baxımından son dərəcə zəruri və vacibdir. Bu, ölkəmiz üçün milli əhəmiyyət kəsb edən məsələdir", - deyə siyasətçi vurğulayıb.

Kobaxidze qeyd edib ki, antidemokratik və antikonstitusion qüvvələr daim zorakılıq yolu ilə ölkənin konstitusiya quruluşunu devirməyə çalışırlar:

"Ölkəyə dinclik verməyən cinayətkar və xarici agent qrup var. Bunlar antidemokratik və antikonstitusiyaya zidd qüvvələrdir ki, daim konstitusiya quruluşunu devirməyə və ya mahiyyət etibarilə onu dəyişdirməyə çalışırlar, həmçinin xalqın seçdiyi hakimiyyətin legitimliyini tanımırlar. Belə bir şəraitdə təbii ki, demokratik sistem özünü qorumalıdır və Gürcüstanın da bu iş üçün lazımi mexanizmə malik olan Konstitusiya iradəsi var”, - deyə siyasətçi əlavə edib.

Kobaxidze əlavə edib ki, ölkənin milli maraqları Konstitusiya Məhkəməsində qorunacaq.

Daşqın Həsənov
Missiya.Az


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью