Bəzi rayonlarda hava yağıntılı olacaq XƏBƏRDARLIQ

04.04.2025

Icma.az, Unikal.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycanın rayonlarında aprelin 5-i günün ikinci yarısından 6-sı səhərədək hava şəraitinin qısa müddətə yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir.

"Unikal" xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Ayrı-ayrı yerlərdə yağıntının leysan xarakterli olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə isə sulu qara keçəcəyi ehtimal olunur.

Yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimalı var.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью