Bəzi rayonlarda leysan yağdı, şimşək çaxdı KONKRET

18.07.2025

Konkret.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Saat 11:00-a olan məlumata əsasən əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçib, lakin 17-si axşam saatlarında bəzi dağlıq rayonlarda qısamüddətli leysan xarakterli yağış yağıb, şimşək çaxıb.

Milli Hidrometeorologiya Xidmətindən KONKRET.az-a verilən məlumata görə, düşən yağıntının miqdarı Gədəbəydə 6, Göygöl, Qusar, Daşkəsən, Ağstafa, Naftalan və Goranboyda 2 mm-dək qeydə alınıb.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 33, Aran rayonlarında 39, dağlıq rayonlarda 28, Naxçıvan MR-da isə 41° dərəcəyədək isti qeydə alınıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью