Bəzi rayonlarda qar yağıb, güclü yağışlar davam edir FAKTİKİ HAVA

25.10.2026

Olke.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Xidmətdən Ölkə.az-a verilən məlumata görə, Laçın və Qubadlıya sulu qar, Kəlbəcər və Ordubadın dağlıq ərazilərinə isə qar yağıb. Qar örtüyünün hündürlüyü Kəlbəcərdə 2 sm-dir.

Bakıda və Abşeron yarımadasında 9 mm-dək yağıntı qeydə alınır.

Respublikanın rayonlarında düşən yağıntının miqdarı: Neftçalada 48 (aylıq normanın 106 %-i), Biləsuvarda 21 (aylıq normanın 46 %-i), Mingəçevirdə 20 (aylıq normanın 49 %-i), Lerikdə 15, Lənkəranda 11, Qobustan, Astara, Daşkəsəndə 6, Salyanda 5, Ağstafa, Beyləqan, Sabirabad, Şahbuz, Quba, Bərdə, Gəncə, Gədəbəy, Yardımlı, Zaqatala, Culfa, Naxçıvan, Şəmkir, Goranboy, Tovuz, Balakən, Şəki (Kişçay), Xaltan, Ağdam, Naftalan, Kürdəmir, Tərtər, Yevlax, İmişlidə 4 mm-dək qeydə alınır.

Şuşa, Xankəndi, Xocalı və Füzulidə də arabir yağış yağması müşahidə olunub.

Daşkəsən, Göygöl, Gəncə, Şəmkir, Qusar, Qax (Sarıbaş), Şəki, Xızı, Qrız, Göyçayda duman müşahidə olunur, görünüş məsafəsi 500 metrədək məhdudlaşır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью