Bəzi rayonlarda yağış yağıb

06.08.2026

Icma.az, 525.az portalına istinadən məlumat yayır.

Bəzi dağlıq və dağətəyi rayonlarda qısamüddətli yağış yağıb, şimşək çaxıb.

525.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin avqustun 6-sı saat 9:00-a olan məlumatında qeyd olunub.

Bildirilib ki, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib.

Rayonlarda düşən yağıntının miqdarı Daşkəsən, Gədəbəy, Şəmkir, İsmayıllı, Xaçmaz, Qrız, Qusar, Gəncə, Sarıbaş (Qax) və Şəkidə 1 mm-dir.

Hazırda Bakı və Abşeron yarımadasında şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti 18 m/s təşkil edir. Bölgələrdə isə cənub-şərq küləyi müşahidə olunur. Küləyin maksimal sürəti Culfada 21, Naxçıvanda isə 16 m/s-yə çatır.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 34, Naxçıvan MR-da 38, Aran rayonlarında 39, dağlıq rayonlarda isə 26 dərəcəyədək isti qeydə alınıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью