Bəzi rayonlarda yağış yağıb FAKTİKİ HAVA Yeni Sabah

15.11.2024

Yenisabah saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib.

Yenisabah.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bəzi şərq rayonlarında qısamüddətli yağış yağıb. Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 3 mm, Neftçala, Lənkəranda 1 mm-dək olub.

Yevlax, Zərdab, Şəmkir, Şamaxı, Qax, Qobustan, Lerikdə duman müşahidə olunub.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 10, Naxçıvan MR-da 3, Aran rayonlarında 5 dərəcəyədək isti, dağlıq rayonlarda 5 dərəcəyədək şaxta qeydə alınıb.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью