Bəzi rayonlarda yağış yağır FAKTİKİ HAVA KONKRET

12.07.2026

Icma.az, Konkret.az portalına istinadən məlumat yayır.

İyulun 12-i saat 9:00-a olan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən KONKRET.az-a verilən məlumata görə, iyulun 12-i saat 9:00-a olan məlumatına əsasən ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin gecə saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda arabir şimşək çaxıb, qısamüddətli az yağış yağıb.

Düşən yağıntının miqdarı: Balakən, Qrız, Qusar (Laza), Daşkəsən, Kəlbəcər, Laçın, Qubadlıda 1 mm-dir.

Şahdağ, Şahbuz, Qusar, Daşkəsəndə duman müşahidə olunub. Görünüş məsafəsi 500 metrədək məhdudlaşır.

Hazırda Bakıda və Abşeron yarımadasında şimal qərb küləyinin maksimal sürəti 17 m/s-yə çatır.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 33, Naxçıvan MR-da 37, Aran rayonlarında 38, dağlıq rayonlarda 27 dərəcəyədək isti müşahidə olunub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью