Bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək XƏBƏRDARLIQ

10.11.2024

Icma.az, Sherg.az portalına istinadən məlumat yayır.

Hava şəraiti haqqında məlumat yayılıb.

Milli Hidrometeorologiya Xidmətindən Sherg.az-a verilən xəbərə görə, Azərbaycanın rayonlarında noyabrın 11-i axşamdan 13-ü axşamadək bəzi yerlərdə arabir yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir.

Ayrı-ayrı yerlərdə (Naxçıvan MR, Quba-Qusar, Qazax-Gəncə, Mərkəzi Aran, Lənkəran-Astara) qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

Çaylarda sululuğun artacağı, Böyük Qafqazın və Lənkəran-Astara bölgəsinin bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью