Bəzi şeylər keçən ilə baxanda daha yaxşıdır Kəpəz in baş məşqçisi

15.05.2026

Icma.az, Sportal.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bu gün Misli Premyer Liqasında XXXII tur çərçivəsində  "Kəpəz" səfərdə "Araz-Naxçıvan"a 0:2 hesabı ilə məğlub olub.

Sportal.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında "Kəpəz"in baş məşqçisi Azər Bağırov jurnalistlərin suallarını cavablandırıb:

"Qarşımıza qoyulan minimum hədəfə çatdığımız üçün bu gün rotasiyalar etdik. "Araz-Naxçıvan"ı təbrik edirəm, onlara uğurlar arzulayıram".

- Futbolçuları "Neftçi" ilə oyuna necə motivasiya edəcəksiz?

- Hər oyunda motivasiyamız var. Sadəcə olaraq bu gün mövsüm ərzində az oynayan futbolçulara şans verdik. Motivasiya vermək çətin olmayacaq. Düşünürəm ki, oyunçular "Neftçi" ilə matça yaxşı köklənəcəklər. 

- Həmin oyunda da gənclərə şans verməyi düşünürsüz?

- Onu zaman göstərəcək. Azarkeşlərimizin qarşısında yaxşı oyun göstərəcəyimizi düşünürəm.

-Yeni rəhbərlik "Kəpəz"ə hansı yeniliklər gətirib?

- Bəzi şeylər keçən ilə baxanda daha yaxşıdır. Hər birinə böyük hörmətim var. Hər şeyi zaman göstərəcək. İldən-ilə futbolçular üçün şey daha yaxşı olmalıdır ki, nəticələr də yaxşı olsun.

Elçin Əlixan

saytlarin hazirlanmasi
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью