Bəzi şirkətlər əlavə vergiyə cəlb oluna bilər Rəsmi

27.11.2026

Icma.az xəbər verir, Bizim media saytına əsaslanaraq.

Avropa İttifaqının Karbon Sərhəd Tənzimləmə Mexanizmi (CBAM) çərçivəsində Aİ-yə ixrac həyata keçirən şirkətlər üçün yeni tələblər müəyyənləşdirilib.
Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Dayanıqlı Maliyyə şöbəsinin nümayəndəsi Əli Əhmədzadə bildirib.
Onun sözlərinə görə, ilkin mərhələdə sement, gübrə, alüminium və polad məhsullarının ixracı ilə məşğul olan şirkətlər bu mexanizmin əhatə dairəsinə düşür.
 

Belə şirkətlər ixrac etdikləri məhsulların karbon emissiyalarına uyğun karbon sertifikatları əldə etməli olacaqlar.


Ə.Əhmədzadə qeyd edib ki, Azərbaycandan Avropa bazarına ixrac həyata keçirən, o cümlədən Bakı Poladəritmə Zavodu kimi müəssisələr də bu tələblərlə üzləşə, emissiyalara görə vergiyə cəlb oluna bilərlər.
Günay Şahmar, Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью