Bəzi vəkillər sosial şəbəkədə qeyri etik davranış nümayiş etdirirlər

31.01.2026

Icma.az bildirir, Mia.az saytına əsaslanaraq.

Bəzi vəkillər sosial şəbəkədə etikaya uyğun olmayan davranış nümayiş etdirirlər.

Mia.az xəbər verir ki, bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov Vəkillər Kollegiyası üzvlərinin konfransı zamanı deyib.

Onun sözlərinə görə, vəkillik vətəndaşların konstitusion hüquqlarını qoruyan mühüm peşədir:

"Hər bir vəkil daha məsuliyyətli olmalıdır. Bəzi həmkarlarımızın sosial şəbəklərdə yazıları, paylaşımları cəmiyyətdə vəkillərə qarşı mənfi münasibət formalaşdırır. Mən narahat oluram, çünki bu paylaşımlar bütün vəkillərin imicinə pis təsir edir. Hər birimiz bu barədə fikirləşməli və tədbir görməliyik"(Report).

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью