“Bəzi vətəndaşlar xaricdən gətirilən məhsulları bəyan etmirlər” Dövlət Gömrük Komitəsinin sədri

08.12.2025

Bizim media portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Bəzi Azərbaycan vətəndaşları vəsaitlərini xaricdə xərcləməyə hazırdır, amma məhsulların bəyan edilməsində kənarlaşmaya cəhd göstərirlər”.
Bizim.Media xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, vətəndaşlar qanun-qayda əsasında məhsulları gətirməli və bəyan etməlidirlər: 
"Əgər məhsullar bəyan edilərsə, heç bir problem yaşanmayacaq. Azərbaycana hər hansı bir əşyanın, geyim, telefon, mobil cihazlar və yaxud digər əşyaların gətirilməsinə (qanunlarla qadağan olunmuş əşyalardan başqa da) heç bir məhdudiyyət yoxdur. Sadəcə bunun prosedur qaydaları var. Onları bəyan etmək və gömrük ödənişlərini ödəmək lazımdır". (Apa.az)
Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью