Axsham.az saytından alınan məlumata görə, Icma.az bildirir.
“İnstaqramda mənim həyat tərzimi təkrarlamağa çalışırlar. Şou aləmində maraqlı adlardır. Demirəm, söz-söhbət yaranar. Xoşdur, etsinlər. Hər zaman kimsə kimisə təkrarlayır, sonra öz yolunu tapır".
Axşam.az xəbər verir ki, bu sözləri müğənni Lətifə MTV-yə açıqlamasında deyib. Sənətçi bir çox ifaçının onu qısqandığını bildirib:
"Paxıllıq çoxdur. Səni dəvət edirlər məclisə, amma görəndə xoş olmur. Qadınlarda qadın qısqanclığı olur. Normaldır, amma ədalətsizdir. Gözəlliyi çox sevirəm. Gözəl görəndə xoşum gəlir. Hər kəs gözəllik görəndə sevinməyi bacarmır”.