Icma.az, Redaktor.az portalına istinadən məlumat verir.
Bəzi xəstəliklər zamanı ağ çörəkdən tamamilə imtina etmək daha məqsədəuyğundur.
Redaktor.az xəbər verir ki, bu barədə dietoloq-nutrisoloq Sofiya Kovanova aif.ru-ya açıqlamasında bildirib.
Mütəxəssisin sözlərinə görə, ağ çörək qastrit, kolit, mədə xorası və qıcıqlanmış bağırsaq sindromu zamanı tövsiyə edilmir. Çünki tərkibindəki dənli məhsullar qaz əmələ gəlməsini artırır və mədədə narahatlığı gücləndirir.
Kovanova qeyd edib ki, qlütenə qarşı dözümsüzlüyü olan şəxslər isə adi çörək əvəzinə qlütensiz çörəkdən istifadə edə bilərlər.
Dietoloqun fikrincə, sağlamlıq problemləri olan insanlar qidalanma rasionunu həkim və ya mütəxəssis məsləhəti əsasında tənzimləməlidirlər.
Aytəkin TOFİQQIZI