Bəzi xidmət sahələrinin işçiləri 100% səfərbərlik güzəşti alacaqlar Zelenski | Icma.az
Bizimyol saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Rusiya hücumlarının nəticəsində infrasturukturlara dəyən zərəri aradan qaldırmaqda, dağıntıların bərpasında iştirak edən enerji şirkətləri və kommunal xidmət işçiləri 100% səfərbərlik güzəşti alacaqlar.
Bizimyol.info xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski "Telegram"da məlumat verib.
"Baş nazir və müdafiə naziri Rusiya hücumlarının nəticələrini aradan qaldırmaqda iştirak edən enerji şirkətləri və kommunal xidmət işçilərinin güzəşti və fövqəladə hallara cavab tədbirləri ilə bağlı bütün məlumatları nəzərdən keçirəcəklər.
Artıq işçilərinin 100%-nin bu cür şirkətlər üçün ehtiyatda saxlanılması barədə qərar qəbul edilib", - deyə prezident açıqlamasında bildirib.
Zelenski vurğulayıb ki, yerlərdə effektiv cavab tədbirlərinin olmaması kadr çatışmazlığı ilə əlaqələndirilməməlidir, çünki şəhərlərdə insanları cəlb etmək üçün resurslar var.
21 yanvar gecəsi Rusiya qoşunları yenidən Ukraynanın enerji sektoruna zərbə endirib və dörd bölgəni qismən elektriksiz qoyub.
Energetika nazirinin birinci müavini Artem Nekrasovun sözlərinə görə, bu səhərə qədər Odessa, Dnepropetrovsk, Xarkov və Zaporojye bölgələrində istehlakçılar üçün elektrik kəsilib.
Tam oxu
Xəbəri oxu