Icma.az, Sia Az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bakıda və Abşeron yarımadasında, Naxçıvan, Şərur, Şahbuz, Ordubad, Şabran, Yevlax, Sabirabad, Neftçala, Biləsuvar, Yardımlı, Astarada duman müşahidə olunur.
SİA xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin yanvarın 31-i saat 13:00-a olan məlumatında bildirilib.
Məlumata görə, sözügedən yerlərdə görünüş məsafəsi 500 metrədək məhdudlaşır. Ölkə ərazisində əsasən yağmursuz hava şəraiti müşahidə olunur, bəzi yerlərdə isə cənub-qərb küləyi əsir.
Belə ki, küləyin maksimal sürəti Kəlbəcərdə 20, Lerik, Şamaxı və Qobustanda 19, Yardımlı, Zəngilan və Daşkəsəndə 18, Cəbrayılda 17 m/s-dək güclənir.