Bəzi yerlərdə yağıntılı və küləkli hava müşahidə olunub

08.07.2025

Sia Az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Ölkə ərazisinin bəzi yerlərində yağıntılı və küləkli hava şəraiti müşahidə olunub. Bu barədə SİA-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, düşən yağıntının miqdarı Şəki, Xaltan, Balakən, Şamaxı, Qobustan, Qusar, Altıağac, İsmayıllı, Zərdab, İmişli, Kürdəmir, Sabirabad, Biləsuvar, Lerik, Astarada 4, Bakıda və Abşeron yarımadasında 2 mm-dək qeydə alınıb.

Şimal-şərq küləyinin maksimal sürəti Culfa, Şahbuzda 20, Bakıda və Abşeron yarımadasında isə 15 m/s-yə çatıb.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında eyni zamanda Naxçıvan MR-da 31, Aran rayonlarında 34, dağlıq rayonlarda isə 25 dərəcəyədək isti qeydə alınıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью