Bəzi yerlərdə yağıntılı və küləkli hava şəraiti müşahidə edilir FAKTİKİ HAVA

11.09.2025

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakı, 11 sentyabr, AZƏRTAC

Sentyabrın 11-i saat 10:00-a olan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, ölkə ərazisinin bəzi yerlərində yağıntılı və küləkli hava şəraiti müşahidə olunur.

Düşən yağıntının miqdarı Qusarda 14, Şabran və Qubada 3, Zaqatala, Qrız, Astara, Daşkəsən və Gədəbəydə 1 millimetrədək qeydə alınır.

Hazırda bir sıra ərazilərdə şimal-qərb küləyi əsir. Küləyin maksimal sürəti saniyədə arabir Bakıda və Abşeron yarımadasında 26, Neftçalada 20, Culfada 17, Şabran və Naftalanda 16, Şahbuzda 15 metrədək güclənir.

Dənizdə dalğanın hündürlüyü 3 metrdir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью