Bəzi yerlərdə yağış yağacaq

14.11.2024

Sonxeber.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bəzi yerlərdə yağış yağacaq

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilsə də, gecə və səhər bəzi yerlərdə çiskinli yağış yağacağı ehtimalı var.

Milli Hidrometrologiya Xidmətindən Sonxeber.az-a bildirilib ki, sabah mülayim cənub-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 7-10° isti, gündüz 12-15° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 766 mm civə sütunundan 763 mm civə sütununa enəcək. Nisbi rütubət gecə və gündüz 70-80 % olacaq.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 5-9° isti, gündüz 12-17° isti, dağlarda gecə 0-4° şaxta, gündüz 3-8° isti olacaq.


Sonxeber.az
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью