Bəzi yolların birtərəfli edilməsi çox vacibdir Nəqliyyat eksperti

23.01.2026

Icma.az bildirir, 525.az saytına əsaslanaraq.

“Nəqliyyat axınını tənzimləmək və sıxlığı azaltmaq üçün birtərəfli yolların sayı artırılır. Fikrimcə, bəzi yolların birtərəfli edilməsi çox vacibdir. Belə yolların təşkilinə müsbət yanaşmaq lazımdır. Ciddi tıxac problemi ilə üzləşdiyimiz bir dövrdə hərəkətin bu cür təşkil olunması faydalıdır”.

Nəqliyyat üzrə ekspert Elməddin Muradlı bunu 525.az-a deyib. O bildirib ki, darısqal yol ikitərəfli olduğuna görə xaos yaranır. Bunun qarşısını almağın ən yaxşı yollarından biri məhz birtərəfli yollardır:

“Şəhər daxilində yolların yenidən təşkil olunması və tıxac probleminin həlli istiqamətində görülən işlər müsbətdir. Yol hərəkərtinin təşkili ilə bağlı yeniliklər hərəkətin intensivliyinə hesablanmış addımdır”.

Sevinc Qarayeva  
 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью