Icma.az, Qol.az portalına istinadən məlumat yayır.
Bezos “Liverpul”a ortaq oldu
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Ceff Bezosun da daxil olduğu konsorsium “Liverpul”un təxminən 38 faizini alıb.
QOL.az xəbər verir ki, BBC-nin məlumatına görə, “Liverpul”un sahibi “Fenway Sports Group” (FSG) klubun strateji azlıq payının 1892 Holdings konsorsiumuna satışı ilə bağlı yekun razılaşma əldə edib.
Əvvəlcə konsorsiumun klubun təxminən üçdəbir hissəsini aldığı bildirilsə də, son məlumata görə, bu rəqəm 38 faizə yaxındır.
Qeyd edək ki, konsorsiumun qarşıdakı 12 ay ərzində “Liverpul”un nəzarət paketini almaq imkanı da var. Lakin bununla bağlı hər hansı məcburi öhdəlik yoxdur. Məlumata görə, sövdələşmə “Liverpul”un ümumi dəyərini 5-6 milyard funt sterlinq arasında qiymətləndirir.