Bezos "Liverpul"un səhmlərini almağa hazırlaşır

10.08.2026

Icma.az xəbər verir, Qol.az saytına əsaslanaraq.

Bezos "Liverpul"un səhmlərini almağa hazırlaşır

Amerikalı sahibkar və "Amazon"un təsisçisi Ceff Bezos "Liverpul"un səhmlərinin təxminən 30 faizini almağı planlaşdıran investisiya qrupuna daxil olacaq.

QOL.az xəbər verir ki, bu barədə "Sky News" məlumat yayıb.

Məlumata görə, Amit Bhatiyanın rəhbərlik etdiyi konsorsium "Liverpul"un səhmlərinin 30 faizinə yaxın hissəsini almaq üçün 2 milyard dollar sərmayə ayıracaq. Sövdələşmədən sonra klubun ümumi dəyərinin 6 milyard dollara çatacağı bildirilir.

Sövdələşmənin rəsmi açıqlamasının bu həftə ərzində verilməsi gözlənilir.

Qeyd edək ki, hazırda "Liverpul" Con Henrinin rəhbərlik etdiyi "Fenway Sports Group"a (FSG) məxsusdur. Şirkət klubu 2010-cu ildə 300 milyon funt sterlinqə alıb. FSG-nin rəhbərliyi dövründə "Liverpul" İngiltərə Premyer Liqası və Çempionlar Liqası da daxil olmaqla bir sıra titullar qazanıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью