Marja.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
“PRIOR LEASING” ASC-nin 2 milyon manat həcmində istiqrazlarının Bakı Fond Birjasında (BFB) ticarətə buraxılmasına icazə verilib.
16 sentyabr 2026-cı il tarixində Bakı Fond Birjasının Listinq Komitəsinin qərarı ilə şirkətin AZ2002019530 dövlət qeydiyyat nömrəli istiqrazları üzrə “Ticarətə İcazə” qərarı qəbul edilib.
Emissiya çərçivəsində hər birinin nominal dəyəri 100 manat olan 20 min ədəd istiqraz buraxılacaq. Beləliklə, istiqrazların ümumi buraxılış həcmi 2 milyon manat təşkil edir.
İstiqrazlar faizli, təmin edilməmiş, sənədsiz və adlı formada buraxılır. Qiymətli kağızların illik gəlirlilik faizi 15% müəyyən edilib.
Faiz ödənişləri hər ay bir dəfə həyata keçiriləcək. Hesablamalarda hər ayın 30 gün olduğu qəbul ediləcək. İstiqrazların tədavül müddəti 24 aydır.
Marja.az-ın hesablamasına görə, nominal dəyəri 100 manat olan bir istiqraz üzrə aylıq faiz ödənişi 1,25 manat, illik faiz gəliri isə 15 manat təşkil edəcək. Emissiyanın tam yerləşdirilməsi halında istiqraz sahiblərinə aylıq ümumilikdə 25 min manat, bir il ərzində isə 300 min manat faiz ödənilməsi nəzərdə tutulur. 24 aylıq tədavül müddəti üzrə ümumi faiz ödənişi 600 min manata çata bilər.
İstiqrazların yerləşdirilməsi kütləvi təklif və abunə yazılışı üsulu ilə həyata keçiriləcək.
Qiymətli kağızların BFB-də ticarətə buraxılacağı tarix emitent tərəfindən açıqlanacaq.
Emissiyanın anderrayteri “ABB-İnvest İnvestisiya Şirkəti” QSC-dir.